Kabulda NATO kortejinə bombalı hücum, ölənlər var

03.05.2017 12:19     Dünyadan reaksiya     1104

Əfqanıstanın paytaxtı Kabulda, ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan DİN-i azı səkkiz dinc sakinin öldüyünü açıqlayıb. 

Yerli telekanallar partlayışa terrorçu-kamikadzenin səbəb olduğunu açıqlayıb. Terrorçu NATO əsgərlərini daşıyan kortejin keçişi sırasında özünü partladıb. 

Terror hücumunu İŞİD qruplaşması öz üzərinə götürüb. 

Reaksiya.az

Şərhlər