Rusiya, Türkiyə və İran arasında kritik razılaşma
04.05.2017 20:37 Dünyadan reaksiya 1291
Qazaxıstanın paytaxtı Astanada Suriya ilə bağlı Türkiyə, Rusiya və İran arasında keçirilən görüşdə razılaşma əldə olunub
Bu barədə Qazaxıstan Xarici İşlər naziri Kayrat Abdurrəhmanov məlumat verib.
“Astanada Suriya ilə bağlı növbəti görüş iyulun ortalarında baş tutacaq. Qarant ölkələr Suriyada təhlükəsizlik bölgəsinin yaradılması məsələsində razılaşma imzaladılar”, - XİN rəhbəri bildirib.
“Röyter” agentliyi Astanada görüşə qatılan suriyalı müxaliflərin razılaşmadan məmnun olmadıqları və əsəbi halda qışqıraraq müzakirələrin aparıldığı salonu tərk etdikləri haqda məlumat yayıb.
Qeyd edək ki, Suriya müxalifəti hökumət qüvvələrinin onların əllərindəki əraziləri bombalamağa son qoymayacağı təqdirdə görüşə qatılmaqdan imtina etmişdi. Ancaq müxaliflər qərarlarını dəyişərək bu gün toplantıya qatılmağa qərar vermişdilər.
Şərhlər