ABŞ-dan şok: PKK-ya yardım üçün ordu göndərdi
05.05.2017 11:42 Dünyadan reaksiya 1168
ABŞ PYD-yə 48 hərbi avtomobil və 250 hərbçidən ibarət yardım göndərib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Suriya Yerli Koordinasiya Komitəsi yayıb. Hərbi yardım dünən günorta saatlarında İraqdan Suriya ərazisinə gəlib.
Yeni gələn ABŞ hərbçiləri Malikiyə yaşayış məntəqəsində yerləşdiriliblər.
Qeyd edək ki, Türkiyənin bir müddət öncə Şimali İraq və Suriyaya endirdiyi hava zərbələrindən sonra ABŞ yüksək rütbəli zabitinin bombalanan ərazilərdə olması birmənalı qarşılanmamışdı. Türkiyə bir terror qrupuna qarşı mübarizədə digər terror şəbəkəsindən istifadəni pisləmişdi və ABŞ-a etirazını bildirmişdi.
Şərhlər