Səudiyyə də Suriyanın parçalanmasına razılıq verdi
05.05.2017 11:53 Dünyadan reaksiya 1229
Ər-Riyad Astanada Suriyada təhlükəsizlik zonalarının yaradılması ilə bağlı imzalanan razılaşmanı dəstəkləyir.
Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adel Cübeyr söyləyib.
Qeyd edək ki, dünən Rusiya, Türkiyə və İran Suriyada 4 təhlükəsizlik zonasının yaradılması haqqında razılaşma imzalayıblar. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.
Şərhlər