Bu gün Ağ Evdə Tramp-Lavrov görüşü gözlənilir

10.05.2017 08:35     Dünyadan reaksiya     1103

ABŞ prezidenti Donald Tramp və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında görüş bu gün baş tutacaq.

Trend-in məlumatına görə, prezident administrasiyasının yaydığı xəbərə görə, görüş Ağ Evdə yerli vaxtla səhər saat 10:30-da mətbuata qapalı keçiriləcək. Görüşün və danışıqların detalları barədə əlavə məlumat verilməyib.

ABŞ-a səfəri çərçivəsində daha sonra S. Lavrov Alyaskada amerikalı həmkarı Reks Tillersonla da görəşəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar