NATO Əfqanıstanda hərbçilərinin sayını artıracaq

10.05.2017 14:50     Dünyadan reaksiya     1199

“NATO yaxın həftədə Əfqanıstanda qeyri-döyüş kontingentinin artırılması haqqında qərar qəbul edəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Londonda jurnalistlərə açıqlamasında NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Mayda keçiriləcək görüşdə kollektiv təhlükəsizliyimizi gücləndirməyin yollarını müzakirə edəcəyik. Əfqanıstanda mövcudluğumuzu bir neçə min nəfərlik gücləndirmək üçün hərbi rəhbərlikdən təklif almışıq. Hazırda bu məsələni dəyərləndiririk və yaxın həftədə məsələ ilə bağlı qərar qəbul edəcəyik. Döyüşlərdə iştirak edilməyəcək. Təlim xarakterli yardımlar davam etdiriləcək”.

Onun sözlərinə görə, Əfqanıstanda kontingentin artırılması məsələsi mayın 25-də NATO-nun sammitində müzakirə olunacaq. 

Reaksiya.az

Şərhlər