Çavuşoğlu: YPG-ə silah vermək Türkiyə üçün hədədir

10.05.2017 19:56     Dünyadan reaksiya     1298

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu kürd YPG qrupuna ABŞ-ın hərbi dəstək planlarını tənqid edib.

"YPG, PKK kimi terror təşkilatıdır. Aralarında fərq yoxdur yoktur. YPG-ə verilən hər bir silah Türkiyə üçün hədədir".

Türkiyə baş nazirinin müavini isə ABŞ-ın səhvə yol verdiyini bildirib.

"A Haber" televiziya kanalına danışan Nurettin Canikli deyib ki, ABŞ-ın "bu səhvi düzəldəcəyinə ümid edirik".

YPG qrupu hərbi yardım barədə planları "tarixi qərar" kimi səciyyələndirib.

ÇavuşoğluFotonun müəllifiREUTERS

ABŞ prezidenti Donald Trump Raqqa əməliyyatından əvvəl "qələbəni təmin etmək" üçün YPG-ə hərbi dəstəyi təsdiqləyib.

Kürd qrupuna dəstək çərşivəsində həmçinin ağır pulemyotlar və zirehli avtomobillər verilməlidir.

ABŞ-ın müdafiə naziri James Mattislə birlikdə Litvaya rəsmi səfər edən Pentagon sözcüsü Dana White mövzu ilə bağlı yazılı açıqlama verib.

  •  

Bəyanatda deyilir ki, ABŞ koalisiya üzrə müttəfiq olan Türkiyənin narahatlığını çox yaxşı dərk edir.

"Türkiyə hökuməti və xalqını əmin etmək istərdik: ABŞ NATO müttəfiqini qorumaq və yeni təhlükəsizlik risklərinin qarşısını almaq üzrə öhdəliklərinə sadiqdir".

"Arzumuz bu səhvin düzəldilməsidir"

YPGFotonun müəllifiREUTERS
Image captionYPG Raqqanı mühasirəyə almaq uğrunda əməliyyatlarda iştirak edir.

Baş nazirin köməkçisi Canikli isə bu qərarın qəbul edilməyəcəyini söyləyib.

"ABŞ-ın özünün də terror qruplaşması tanıdığı qrupa YPG üzərindən silah verməsi həqiqəti dəyişdirə bilməz, bunun qəbul edilməsi mümkün deyil. Türkiyə dövlətinin gələcəyinə təhdid törədəcək terror qruplaşmalarının orada mövcud olmasını qəbul edə bilmərik".

"Ümid edirik ki ABŞ hökuməti bu səhvi düzəldəcək və bu qərardan geri çəkiləcək. Belə bir siyasət kimsəyə xeyir verə bilməz, terror qrupuyla eyni tərəfdə ola bilmərik. Lazım olan bütün diplomatik cəhdlərdən istifadə etməyə davam edəcəyik. Arzumuz budur ki, ABŞ-ın yeni hökuməti bu səhvi düzəldib dostluğa layiq addımları atacaq".

"Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizədə quru əməliyyatının yalnız YPG iştirakı ilə uğurlu olacağını deməyə heç bir əsas yoxdu".

YPG: Tarixi bir qərar

YPG tərəfindən verilən açıqlamada ABŞ hökumətinin bu addımı "tarixi qərar" kimi qiymətləndirilib.

YPG sözcüsü Redur Xəlil Reuters agentliyinə verdiyi açıqlamada "Bu tarixi qərardan sonra YPG terrora qarşı aparılan sürətli mübarizədə daha təsirli, və daha qətiyyətli rol oynayacaq" deyib. Dünən Kürd Demokratik Birlik Partiyasının (PYD) lideri Salih Müslim də ABŞ-ın YPG-ə yardımının təbii olduğunu söyləyib..

Rakka

YPG-yə göndəriləcək silahlar

BBC Washington müxbiri Gary O'Donoghue bildirir ki, Perntagon mənbəyi YPG-ə döyüş sursatı, yüngül silahlar, iriçaplı pulemyotlar və zirehli avtomobillərin göndəriləcəyini söyləyib.

BBC-yə danışan mənbə ABŞ-ın Raqqa əməliyyatından sonra YPG-ə verilən silahların "geri alınacağını" söyləyib.

Həmin mənbə deyib ki, YPG Raqqanı İD-dən alandan sonra şəhər üzərində nəzarəti ərəblərə ötürəcəyini bildirir.

Erdoğan gələn həftə Trump-la görüşəcək

ErdoğanFotonun müəllifiEPA

ABŞ-ın müdafiə naziri James Mattis bu gün Türkiyənin müdafiə naziri Fikri Işıkla telefonla söhbət edib.

Görüşdən sonra açıqlama verən Mattis deyib ki, "məqsədimiz Raqqanı almaq üçün Türkiyə ilə bərabər çalışmaqdır".

ABŞ generalına əsasən hazırda əməkdaşlığın forması müzakirə olunur.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan gələn həftə Washington-da prezident Donald Trump-la görüşəcək.

Görüşdən əvvəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və prezident administrasiyasının sözcüsü İbrahim Kalın danışıqlar aparmaq üçün Washingtona yollanıblar.

Ədliyyə naziri Bekir Bozdağ da artıq ABŞ-dadır. Türkiyə heyəti Trump-ın müşaviri Herbert Raymond McMaster-in rəhbərlik etdiyi heyətlə müzakirələrə qatılıb.

Görüşdə Suriya və İraqdaki hadisələr, "terrorla mübarizə", qarşılıqlı əlaqələr və digər təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsinin aparıldığı xəbər verilir.(BBC)

Reaksiya.az

Şərhlər