Prezidentlərin görüşünün yeri və tarixi məlum oldu
11.05.2017 08:12 Dünyadan reaksiya 1209
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib
Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında görüş iyul ayında, Almaniyanın Hamburq şəhərində baş tutacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. “Bu yaxınlarda prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşəcəklərini təsdiqləyiblər. Bu gün biz Reks Tillersonla görüşdə Suriya və digər məsələlərdə irəliləyişə nail olmaq və nəzərəçarpacaq nəticələrin əldə edilməsi məsələlərinə toxunduq” — deyə Lavrov vurğulayıb. Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Reks Tillerson və prezident Donald Trampla görüşüb.
Reaksiya.az
Şərhlər