Amerika Birləşmiş Ştatlarına tarixi çağırış

12.05.2017 07:55     Dünyadan reaksiya     1164

Türkiyə prezidenti: "Yaxın Şərqdə Türkiyənin fikrini ciddiyə almayanlar sonra bunun hesabını çox çətin ödəyirlər"

"Sonra peşman olacağınız yanlışlardan nə qədər gec deyil geri dönün".
Bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın dövlət başçısı Donald Trampın PYD terror təşkilatına ağır silahlar verilməsini nəzərdə tutan fərmanı imzalamasına münasibət bildirərkən deyib. Türkiyədəki PKK ilə Suriyanın şimalındakı PYD arasında fərq olmadığını bildirən Ərdoğan, Amerikanı yanlış yoldan dönməyə çağırıb. "Vaşinqtona səfərimdə mən cənab Trampla bu məsələni çox ciddi müzakirə edəcəm. Yaxın Şərqdə Türkiyənin fikrini ciddiyə almayanlar sonra bunun hesabını çox çətin ödəyirlər" — Ərdoğan qeyd edib.


Reaksiya.az
 

Şərhlər