“Patriot” raketləri satmağa icazə verilib.
12.05.2017 07:58 Dünyadan reaksiya 1243
ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə 2 mlrd. dollar dəyərində “Patriot” raketləri satmağa icazə verib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Pentaqonun Gərbi Əməkdaşlıq İdarəsindən bildirilib.
“Dövlət Departamenti BƏƏ-yə 2 mlrd. dollar dəyərində yeni “Patriot GEM-T” tuşlama sistemi ilə təchiz edilmiş təkmilləşdirilmiş “Patriot PAC-3” raketləri satmağa razılıq verib.
Məlumata görə, söhbət 160 ədəd raketdən gedir.
Şərhlər