Rusiya Fransanı itirdi, lakin onun Almaniyada şansları davam edir
12.05.2017 08:10 Dünyadan reaksiya 1267
"Emmanuel Makronun qəti qələbəsi Avropa Birliyinin və bütün demokratiyanın qaranlıq gələcəyi ilə bağlı bədbin proqnozları heçə endirməklə bərabər Rusiyanın məğlubiyyətinin simvoluna çevrildi”.
ABŞ-ın TheDaily Beast xəbər portalında Klint Uottsun məqaləsi bu cümlə ilə başlayır.
Lakin müəllifin fikrincə Rusiyanın demokratik dünyaya qarşı müqaviməti bununla başa çatmayıb, hətta bundan sonra şiddətlənməsi perspektivi mövcuddur.
Uottsun rəyincə, ruslar Fransada Makron əleyhinə kompromatlara gec start verdikləri üçün məğlubiyyətlə üzləşdilər.
“Əgər Makronun Baham adalarında offşor hesabları ilə bağlı 2-3 ay öncə informasiyalar lazımı şəkildə izləyicilərə təqdim olunsa idi Marin Le Pen olmasa da, ruslara sərf edəndigər namizədlər, Fransua Fiyon və Jan Lük Melanşon üçün də ciddi şanslar əmələ gələrdi", məqalədə qeyd olunub.
Məqalədə Fransa dövlətinin rusların infomasiya müharibəsinə daha sayıq reaksiya göstərdiyi , bu səbəbdən Putin rejiminin kiber məkanı saxta və yalan xəbərlərlə doldurmasına rəğmən fransızları yolundan döndərə bilmədiyi xüsusilə vurğulanıb.
Müəllif Moksvanın Fransadakı uğursuzluqdan sonra nəzərlərini Almaniyaya yönəltdiyini qeyd edir.
Yazıda Almaniya parlamentinin son dövrlərdə haker hücumlarına məruz qaldığına diqqət çəkilərək, Rusiyanın Russia Today və Sputnik kimi qara təbliğat kanallarındakansler Merkel əleyhinə saxta xəbərlərin artdığı qeyd olunur.
“Almaniya Putinin Qərbə qarşı mücadiləsindəki son şanslarından biri sayıla bilər”, Uotts belə hesab edir.
Məqalədə Putinin hələ ki çox şey itirmədiyi qeyd olunub:
“Rusiyanın kiberməkanda göstərilən fəaliyyətlə bağlı maliyyə xərcləri müdafiə və orduya ayrılan vəsaitlərə baxanda cüzi görünür. Bundan başqa Putin onsuz da əvvəllər görünməmiş dərəcədə daha da mobilləşən radikal sağçılar içərisində böyük populyarlıq qazanıb”.
“Putinin Almaniyadakı təsiri ABŞ-ın Rusiyaya ilə bağlı mövqeyini qəti şəkildə müəyyən olunmasınavə Moskvaya qarşı Avropadakı müttəfiqləri ilə birlikdə hərəkət etməyənə qədər davam edəcək. Kreml ona qarşı ciddi dirənişgöstərilmədiyi təqdirdə dayanan deyil”, müəllif məqaləni bu cümlə ilə yekunlaşdırıb.
Rusiyanın dissident siyasətçisi Harri Kasparov da Putinin Merkeli yıxmağı qarşısında hədəf olaraq qoyduğunu söyləyib.
Kasparov bununla bağlı fikirlərini Almaniyanın "Bild" qəzetinə verdiyi müsahibədə paylaşıb.
“Putin nə yolla olursa olsun Merkelin yenidən seçilməsinə imkan verməməyə çalışır. Çünki o, bilir ki, nə qədər ki, Merkel kanslerdir, Rusiyaya qarşı sanksiyalar qüvvəsində qalacaq. Putin Avropa Birliyinin əleyhinə olan istənilən qüvvəni dəstəkləməyə razıdır”, Kasparov bildirib.
Kasparov bütün bunlara rəğmən nikbinliyini gizlətmir.
“Putin Fransa və Hollandiyada məğlub oldu. Eyni aqibət onu Almaniyada gözləyir”.
Rusiyalı demokrat bununla bərabər Putini xəfifə almağın doğru olmadığını da bildirir:Sovet İttifaqı azad dünya üçün böyük təhdid daşıyıb. Lakin Putin ondan da təhlükəlidir. O, SSRİ-dən fərqli olaraq Qərb demokratiyasını içəridən dağıtmağa çalışır.
Kasparov Putinin daxili siyasi nöqteyi-nəzərdən zəiflədilmiş halda olduğunu hesab edir:
“Onun əli o qədər qana batıb ki, artıq divara söykənməyə məcbur olub. Bu adamın həyatının bütün qayəsi öz hakimiyyətini saxlamaqdır. Bu məqsədlə o, bütün sosial ödəmələri, hər şeyi kəsməklə məşğuldur. Lakin onun kəsmədiyi yeganə vəsait təhlükəsizliyə, təbliğata və hərbçilərə ayrılan xərclərdir. Putin öz hərəkətlərinə görə cavab verməyənə qədər bu cür ruhda fəaliyyət göstərməyə davam edəcək”, keçmiş bakılı müsahibəsində bildirib.
Şərhlər