Tramp və Lavrov görüşü niyə gizli keçirildi? - Ağ Ev-dən açıqlama
12.05.2017 08:41 Dünyadan reaksiya 1229
Dövlət başçılarının görüşü deyilsə, bəzən, protokola uyğun olaraq, belə addım atılır.
Bu sözlər Ağ Evin ABŞ Prezidenti Donald Trampla Rusiya XİN başçısı Sergey Lavrovun görüşünə jurnalistlərin dəvət edilməməsi iradlarına cavabında əksini tapıb.
Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders qeyd edib ki, mövcud protokola riayət edilib.
Qeyd edək ki, Trampın Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla səmimi fotosunu Rusiya XİN yaydıqdan sonra Amerika mediası olaya birmənalı yanaşmayıb. Ağ Ev isə görüşə yalnız iki fotoqrafın – Tramp və Lavrovun şəxsi fotoqraflarının - buraxıldığını bildirib.
CNN özəl mənbəyə istinadla Rusiya XİN-in sözügedən fotonu yaymasından Ağ Evin razı qalmadığını bildirib. Rusiya XİN sözçüsü M.Zaxarova buna cavab olaraq bildirib ki, Ağ Ev belə bir fotonun yayılmasına qarşı olduğu barədə əvvəlcədən heç bir müraciət etməyib.
Şərhlər