Belarus səfirindən erməni jurnalistə - “Lapşin şilləsi”
12.05.2017 16:06 Dünyadan reaksiya 1257
Belarusun Ermənistandakı səfiri İqor Nazaruk Aleksandr Lapşin haqqında verilən suala cavab verməkdən imtina edib
Bu haqda məlumatı “Novosti Armeniya” yayıb.
Sözügedən nəşrin müxbiri diplomatdan “İrəvan üçün bu qədər həssas olan bir mövzuda” – Aleksandr Lapşin mövzusunda dost Belarus dövlətinin nə düşündüyünü soruşub.
Diplomat isə jurnalisti sona qədər dinləməyib və və bu suala “yersiz” olduğuna görə cavab verməkdən imtina edib.
Şərhlər