Ərdoğan 23 sentyabrda Moskvaya niyə gedir?

28.07.2015 17:34     Dünyadan reaksiya     2627

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvada Mərkəzi Məscidinin açılış mərasimində iştirak etmək məqsədi ilə 23 sentyabrda Rusiyanın paytaxtı Moskvaya gedəcək.

Açılışa Rusiya dövlət başçısı Vladimir Putin və çoxlu sayda İslam ölkəsi liderləri də iştirak edəcək.

Rusiya Müftilər Şurası Mətbuat Bürosundan verilən açıqlamaya görə, Türkiyə Moskva səfiri Ümid Yardım və həmin Şuranın sədri Müfti Ravil Qaynutdin bir araya gəldi. Görüşdə prezident Ərdoğanın Mərkəz Məscidinin açılışı üçün Moskvaya edəcəyi qeyri-rəsmi səfərin detalları ələ alınıb.

Interfax agentliyinin mənbələrdən əldə etdiyi məlumata görə Ərdoğanın 23 sentyabrda Moskvaya məscid açılışı üçün bir ziyarət reallaşdıracağı təsdiqlənib.

İzvestia qəzeti də Türkiyə heyətinin məscidin açılış mərasimində iştirakını təsdiqlədiklərini ifadə edib.

Əldə edilən məlumatlara görə, Ərdoğanın Moskva səfəri zamanı bu məzmunda Rusiya lideri ilə ikitərəfli görüş keçirməsi də gözlənilir.

Şərhlər