Bağdadi qadın başının hədiyyə verilməsini təsdiqləyib

29.07.2015 08:00     Dünyadan reaksiya     1948

 

Terror təşkilatı İŞİD-in lideri Əbubəkr Əl Bağdadi toy hədiyyəsi kimi qadın başının kəsilməsinə icazə verib.

The Daily Mailin xəbərinə görə, təşkilatdan qaçan qadın şəriət məhkəməsinin keçmiş işçisi Lina, İŞİD - in lideri Əbubəkr Əl Bağdadinin toylarda hədiyyə kimi qadın başının kəsilməsinə icazə verdiyini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, Linanın danışdıqlarına görə, əri cəbhədə ölən qadın hakimlərdən biri, Bağdadidən tələb edib ki, onun üçün təzə ər tapsın. Qadın bundan başqa toy hədiyyəsi kimi bir kafirin başını istəyib. Ancaq IŞID lideri, qadınların kişilərin öldürülməsini tələb etmə hüquqığuna sahib olmadığını bildirərək qarşılığında, casusluq etməkdə ittiham olunan başqa bir qadın hakiminin başını kəsməyi təklif edib. Casusluqda günahlandırılan qadının, Linanın rəisi olduğu ifadə edilib.

Lina Hanse adlanan qadın şəriət məhkəməsində etnik ingilislər daxil olmaqla ən azı 5 İngiltərə vətəndaşının çalışdığını bildirib.

 

Şərhlər