Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 15 dinc sakin ölüb

22.05.2017 08:10     Dünyadan reaksiya     1164

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Rakka şəhəri yaxınlığında endirdiyi zərbə nəticəsində 15 dinc sakin ölüb.

APA-nın məlumatına görə, bu barədə “ Al Mayadeen ” telekanalı xəbər verib.

Məlumata görə, hədəfdə terrorçuların Kadeyran yaşayış məntəqəsindəki mövqeləri olub.

Bundan əvvəl beynəlxalq koalisiyanın Rakka şəhəri yaxınlığındakı kəndlərdən birinə endirdiyi hava zərbəsi nəticəsində 22 dinc sakin həyatını itirib.

Qeyd edək ki, Hələbdən 160 km cənub-şərqdə yerləşən Rakka şəhəri 2013-cü ildən İSİD terror qruplaşmasının nəzarəti altındadır. Şəhərdə 4 minə yaxın silahlının olduğu ehtimal edilir.

Reaksiya.az

Şərhlər