“Quranı qadağan edək” – deyən liderə cinayət işi

29.07.2015 09:18     Dünyadan reaksiya     2028

Avstriya Prokurorluğu, Hollandiyalı ultra sağçı lider Geert Vilders haqqında müsəlmanları təhrik və təhqir ittihamı ilə istintaqa başlayıb.

İstintaq Vildersin mart ayında Vyanada etdiyi bir çıxışdan sonra açılıb. Avstriyadakı ultra sağçı Azadlıq Partiyası (FPÖ) lideri Heinz - Christian Strachenin dəvəti ilə Vyanaya gedən Vilders "Avropada İslamofobiya" mövzusunda çıxış etmişdi.

Vilders çıxışında müsəlmanların müqəddəs kitabı Quranı Adolf Hitlerin “MƏNİM SAVAŞIM” kitabı ilə müqayisə edərək qadağan olunmasını istəmişdi.

Avropaya Müsəlman köçünün qarşısının alınmasını istəyən Azadlıq Partiyası (PVV) lideri Vilders "Bu döyüşdə qalib gəlməli, İslamı məğlub etməliyik" - demişdi.

Şərhlər