Türkiyədə antiterror əməliyyatı nəticəsində 29 PKK-çı öldürülüb

26.05.2017 14:09     Dünyadan reaksiya     1388

Türkiyənin şərqində yerləşən Ağrı vilayətində dünən keçirilən antiterror əməliyyatı nəticəsində azı 29 PKK silahlısı öldürülüb.

Əməliyyatın gedişində həmçinin 3 hərbçi və 1 gözətçi həyatını itirib. Bölgədə əməliyyat hazırda da davam edir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə mayın 26-da vilayət administrasiyasından bildiriblər.

“PKK silahlıları Van-Çaldıran avtomobil yolunda 3 yük maşınını yandırdıqdan sonra jandarmeriyanın xüsusi təyinatlı bölmələri əməliyyata başlayıb. Döyüşlər nəticəsində 29 silahlı öldürülüb, 3 jandarmeriya əməkdaşı və 1 təhlükəsizlik qoruyucusu həyatını itirib”, - məlumatda deyilir.

Xatırladaq ki, 2015-ci ilin iyul ayında silahlı münaqişənin yenidən başlamasından sonra PKK silahlılarının hücumu nəticəsində 900-dək hərbçi və polis, həmçinin 300 mülki şəxs həlak olub. Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, bu dövr ərzində təhlükəsizlik qüvvələri 10 min nəfərdən çox PKK üzvünü zərərsizləşdirib.

Reaksiya.az

Şərhlər