Beynəlxalq birlikdən İsrailə qarşı radikal qərar

01.06.2017 13:01     Dünyadan reaksiya     1247

BMT: "İsrail dövləti beynəlxalq hüququ kobud şəkildə pozur"

Birləşmiş Millətlər Təşkilatı (BMT), işğal altında olan Fələstin torpaqlarındakı acınacaqlı vəziyyətin yaranmasında İsrailin günahkar olduğunu açıqlayıb. Sputnik Azərbaycan bu barədə RT-yə istinadən xəbər verir.

İsrailin həyata keçirdiyi işğal nəticəsində Fələstində humanitar vəziyyətin dözülməz həddə çatdığını bəyan edən BMT, dünya ictimaiyyətini bu məsələyə diqqət ayırmağa çağırıb. Təşkilatın hazırladığı, "50 illik işğal 1967-2017" başlıqlı yeni hesabata görə, fələstinlilərin zorla evlərindən çıxarılması prosesi davam edir. "İsrail dövləti beynəlxalq hüququ kobud şəkildə pozur" — deyə hesabatda bildirilir.

Reaksiya.az

 

Şərhlər