Dəhşətli teraktın arxasında hansı ölkə durur?
01.06.2017 14:28 Dünyadan reaksiya 1357
Əfqanıstan Kabildə baş verən teraktın arxasındakı qüvvənin Pakistan kəşfiyyatı olduğunu iddia edib.
Axar.az xəbər verir ki, Əfqanıstan təhlükəsizlik orqanları teraktı İŞİD-in öz üzərinə götürməsinə rəğmən, hadisədə Haqqani qruplaşmasını və Pakistan kəşfiyyat xidmətini günahlandırıb.
Haqqani qrupu Əfqanıstanın ən amansız, radikal qruplaşmalarından biridir və Talibanla sıx əməkdaşlıq edir.
Qeyd edək ki, Kabildə baş vermiş partlayış nəticəsində 90 nəfər həlak olub, ən azı 380 nəfər yaralanıb. Teraktın məsuliyyətini İŞİD üzərinə götürüb.
Şərhlər