Dmitri Peskov: "ABŞ-ın yeni sanksiyaları təəssüf doğurur"

02.06.2017 12:28     Dünyadan reaksiya     1347

"ABŞ-ın yeni sanksiyaları təəssüf doğurur, bu ətalətlə atılmış addımdır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov ABŞ-ın KXDR-ə qarşı tətbiq etdiyi, eyni zamanda, Rusiya şirkətlərinə də təsirsiz ötüşməyən sanksiyaların Birləşmiş Ştatların əvvəlki xəttinin davamı olduğunu bildirib.

Xatırladaq ki, dünən Vaşinqton Pxenyanın nüvə proqramını inkişaf etdirməsi ilə əlaqədar Rusiya və Şimali Koreya vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar bir neçə Rusiya vətəndaşına və üç Rusiya şirkətinə - "Müstəqil Neft-Qaz Şirkəti", "Primornefteprodukt MNQŞ" və "Ardis-bearings"ə şamil edilib.

Reaksiya.az

Şərhlər