İki böyük ölkə ABŞ-a qarşı birləşir
02.06.2017 13:10 Dünyadan reaksiya 1336
Çin və Almaniya ABŞ Prezidenti Donald Trampa qarşı birləşmək qərarına gəlib.
“Yeni Şəfəq” qəzetinin verdiyi xəbərə görə, bu haqda Çin Baş naziri Li Keqianqın Berlin səfəri zamanı Almaniya kansleri Merkellə görüşdə razılaşma əldə edilib.
Hər iki ölkə nümayəndəsi ABŞ Prezidenti Donald Trampın son vaxtlar həyata keçirdiyi sərt iqtisadi və siyasi tədbirlərdən narahat olduqlarını bildiriblər.
Li Keqianq ABŞ prezidentinin Paris iqlim müqaviləsindən geri çəkilməsini də tənqid edib.
Şərhlər