7-ci ölkə də Qətərlə diplomatik əlaqələri kəsdi

05.06.2017 15:36     Dünyadan reaksiya     1210

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətlərini dayandırıb.

rəsmi Doha ilə münasibətləri ilk dayandıran ölkə Bəhreyn olub. Manama bu addımı Qətərin Bəhreyndə stabilliyə və təhlükəsizliyə təhdid yaratması, krallığın daxili işlərinə müdaxilə və Qətərin terror təşkilatlarına dəstəyilə əlaqədar atdığını bildirib. Bəhreyn həmçinin Qətərlə hava və dəniz əlaqələrini də dayandırıb, bu ölkənin vətəndaşlarının krallığa gəlməsinə qadağa qoyub.

Bəhreyndən bir neçə dəqiqə sonra Qətərə qarşı analoji addımı Ər-Riyad, Qahirə və Əbu-Dabi də atıb. Səudiyyə Ərəbistanı və Misir bu ölkə ilə quru, hava və dəniz əlaqələrini dayandırıb. Səudiyyə Ərəbistanı həmçinin Qətərin İŞİD və Əl Qaidəyə verdiyi dəstək ucbatından Yəməndəki hərbi əməliyyatlardan uzaqlaşdırıldığı bildirilib.

Ərəbistan bütün Qətər vətəndaşlarının krallıq ərazisini tərk etməsi üçün 14 gün vaxt verib. Ər-Riyad ölkə ərazisində yalnız həcc ziyarətini icra edən qətərlilərin qalmasına izn verib.

Analoji addımı Birləşmiş Ərəb Əmirlikləri də atıb. BƏƏ-nin “Etihad Eyrveys” şirkəti Qətərə uçuşları tam dayandırıb.

***

4 ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsindən sonra Yəmən də analoji addımı atıb.

Yəmən Qətərin beynəlxalq koalisiyadan çıxarılması qərarını da dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, 5 ölkənin hər biri Qətərin İranla yaxınlaşması siyasətinin kəskin əleyhdarıdır.

***

Liviya da Qətəri terrorizmə dəstəkdə ittiham edərək, bütün əlaqələrin kəsildiyini elan edib.

***

Maldiv də Qətərlə diplomatik əlaqələrin dayandırılması barədə bəyanat verib.

Reaksiya.az

Şərhlər