Almaniya kansleri Qətərlə bağlı vəziyyətin həlli üçün Körfəz ölkələrini birlikdə işləməyə çağırıb
10.06.2017 12:21 Dünyadan reaksiya 1434
Almaniya Kansleri Angela Merkel Qətərlə bağlı vəziyyətə həll yolu tapmaq üçün Körfəz ölkələrini birlikdə işləməyə çağırıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, Mexikoda Meksika Prezidenti Enrike Penya Nyeto ilə görüşdən sonra kansler Angela Merkel deyib: “Biz Qətərlə bağlı vəziyyətə görə narahatıq və Körfəz ölkələrini həll yolu tapmaq üçün birlikdə işləməyə dəvət edirik”.
Kansler, həmçinin vurğulayıb ki, regionun bütün dövlətləri, o cümlədən Qətərin özü, İran və Türkiyə prosesə qoşulmayanadək bu məsələnin həlli mümkün olmayacaq.
Şərhlər