Fransada seçki: qalib yenə Makrondur
12.06.2017 10:30 Dünyadan reaksiya 1265
Fransada keçirilən parlament seçkisinin birinci turunda prezident Emmanuel Makronun “İrəli, Respublika” hərəkatı qalib gəlib.
Axar.az xəbər verir ki, hərəkat 28,21% səs toplamağı bacarıb. Ondan sonrakı yeri sağ mərkəzi Respublikaçılar Partiyası tutub. Respublikaçılar ümumi səslərin 15,77%-ni əldə ediblər. Ultrasağçı Milli Cəbhə Partiyası ilə 3-cü yerdə qərarlaşıb. Partiya seçkidə 13,20% səs toplaya bilib.
Qeyd edək ki, parlament seçkisinin ikinci mərhələsi bir həftə sonra baş tutacaq
Şərhlər