ABŞ-da Trampa qarşı cinayət işi açılıb

12.06.2017 10:36     Dünyadan reaksiya     1292

Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda şübhəli bilərək, konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşırlar.

“Report” xəbər verir ki, bu haqda “The Washington Post” yazıb.

İnformasiyaya əsasən, baş prokurorlar Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edirlər. Onlar iddia edib ki, Tramp ardıcıl olaraq, şirkətinin maliyyə hesabatını yoxlayır.

“Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün biz cinayət işi açmışıq” , - Karl Rasin vurğulayıb.

Şikayət təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır.

Bir müddət əvvəl vəkilləri Trampın vergi bəyannaməsində Rusiya izinin mövcud olmadığını bildirmişdi.

Reaksiya.az

Şərhlər