Türkiyədə həyəcan: 6,3 bal gücündə zəlzələ

12.06.2017 16:54     Dünyadan reaksiya     1186

Egey dənizində 6,3 bal gücündə şiddətli zəlzələ baş verib.

Axar.az Hürriyət-ə istinadla xəbər verir ki, zəlzələ İzmir, İstanbul və Bursada böyük həyəcana səbəb olub.

İlkin ehtimala görə, zəlzələnin episentri İzmirin Qaraburun rayonudur.

***

Zəlzələ İstanbul, Çanaqala, Bursa, İzmir və Təkirdağda hiss edilib.

Qəndil rəsədxanası zəlzələnin Egey dənizinin 10 kilometrlik dərinliyində meydana gəldiyini bildirib.

Reaksiya.az

Şərhlər