Putin: SSRİ-nin çöküşü XX əsrin fəlakətidir
13.06.2017 11:33 Dünyadan reaksiya 1299
SSRİ-nin çöküşü XX əsrin fəlakətidir.
Axar.az xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stouna müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.
“Mən tez-tez SSRİ-nin parçalanmasından təəssüflənməyimlə bağlı ünvanıma yönələn tənqidlər eşidirəm. SSRİ-nin parçalanmasından sonra 25 milyon rus bir gecənin içərisində ölkə xaricində qaldı. Bu, həqiqətən XX əsrin ən böyük fəlakətlərindən biri idi. SSRİ-nin çöküşündən sonra əvvəlcə işartılar, sonradan isə genişmiqyaslı vətəndaş müharibəsinin özü göründü. Mən bunu xüsusilə, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olanda anladım”, – deyə o bildirib.
Şərhlər