Ərdoğan İraq Kürdüstanındakı referendumla bağlı ilk dəfə DANIŞDI
13.06.2017 16:56 Dünyadan reaksiya 1320
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraqdakı Kürdüstan muxtariyyətinin referendum planlarına münasibət bildirib.
AKP-nin qrup iclasında çıxış edən prezident bu addımı səhv adlandırıb.
“Şimali İraq rəhbərliyinin bəyənatı bizi çox təəssüfləndirdi. Bu, İraqın ərazi bütövlüyünə təhlükə yaradan qərardır. Biz sülh danışıqlarının və İraqın ərazi bütövlüyünün tərəfindəyik. Bu addım heç kimə xeyir gətirməyəcək” –deyə Ərdoğan deyib.
İraq Kürdüstanı sentyabrın 25-də müstəqillik haqqında referendum keçirəcək.
Şərhlər