Çin dünyanın ən böyük amfibik təyyarəsini istehsal edib

29.07.2015 14:52     Dünyadan reaksiya     1968

Çinin dünyanın ən böyük quruda və havada hərəkət edən təyyarəsini bir arada istehsal etməyə başladığı ifadə edilib.
"İnternational Business Times" xəbərinə görə "Jiaolong" yəni "Dəniz əjdahası" adı verilən təyyarənin gövdəsi Çinin Guangdong əyalətində Zhuhai şəhərindəki bir zavodda istehsal olunur.
Bu ilin sonuna kimi tamamlanması planlanan təyyarənin ilk uçuşunu da 2016 - cı ilin ortalarında reallaşdırması gözlənilir.
Tamamlandığı zaman 60 min ton ağırlıqda olacaq 50 nəfər tutumu olan Jiaolong AG600'ün dörd turbo pərvanəli WJ-6 mühərrikinə və 5 min 500 kilometr mənzilə sahib olacağı ifadə edilir.
Yaponiya və Rusiyanın təyyarələrini geridə qoyacaq
Bununla yanaşı, dizaynerlər təyyarənin Yaponiyanın ShinMaywa US-2 və Rusiyanın Beriev Be-200 adlı amfibik təyyarələrini geridə qoyacağına ümid edirlər.

Şərhlər