Ukrayna “Böyük qayıdış” layihəsi hazırladı: savaş başlayır

16.06.2017 00:39     Dünyadan reaksiya     1355

Milli Təhlükəsizlik və Müdafiə Şurası "Ukraynanın müstəqilliyinin müvəqqəti işğal edilmiş Donetsk və Luqansk ərazisində bərpası haqda xüsusi dövlət siyasəti" adlı qanun qayihəsini müzakirəyə çıxarıb.

Reaksiya.az axar.az-a istinadən bildirir ki, qanun layihəsi qurumun saytında yerləşdirilib. Şuradakı qanun layihəsinin müzakirəsində ekspertlər, xarici siyasət və müdafiə məsələləri üzrə mütəxəssislər, həmçinin hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.

Şuranın sədr müavini Aleksandr Litvinenko peşəkar müzakirələrdən sonra konsepsiyanın tam şəkildə dəstəkləndiyini bildirib: "Çoxsaylı təkliflər və iradlar oldu ki, bunların da böyük əksəriyyəti qanun layihəsinin son versiyasının hazırlanmasında nəzərə alınacaq və parlamentə göndərilməsi üçün prezidentə təqdim ediləcək".
Şura sədri A.Turçinov da bundan öncə Kiyevin Donbasda antiterror əməliyyatını bitirməsi və hərbi əməliyyatların yeni formatına keçməsinin vacibliyini bildirmişdi.

Reaksiya.az

Şərhlər