Senat Trampa Rusiya məsələsində güzəştə getməyəcəyini göstərdi
16.06.2017 12:46 Dünyadan reaksiya 1436
Qanunverici palatanın qərarı ABŞ prezidenti üçün Rusiyaya yaxınlaşmaq yolunda bütün qapıları bağlayır
Xəbər verildiyi kimi, ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə qətnamə qəbul edib.
Mətbuatın fikrincə, bu qətnamə Ağ Evin Rusiya ilə yaxınlaşmaq niyyətlərinin üstündən xətt çəkə bilər.
“ABŞ Senatı yeni sanksiyalar haqqında qətnaməni qəbul etməklə Rusiya məsələsində bütün təşəbbüsləriAğ Evin əlindən almış oldu”,-Newsweek qəzetinin jurnalisiti Emiliya Kadey yazır.
Müəllif Senatın bir müddət öncə Səudiyyə Ərəbistanına silah satışının qadağan olunması məsələsini də müzakirə etdiyini xatırladaraq senatorların bununla ABŞ-ın yeni administrasiyasının “güclü hökmdarlar”la yaxınlığından narahat olduğunu hiss etdirdiyini bildirir.
“Hazırkı qətnamə prezidentTramp və Ağ Ev üçün qəti xəbərdarlıq siqnalı olmalıdır. Prezidentin Putin əleyhinə sanksiyaları zəiflətmək və ya hətta ləğv etmək ehtimalından doğan narahatlıq hər iki partiya tərəfindən bölüşdürülür və Senat bu təhdidi görməzliyə vura bilməz”, -Demokrat partiyasının fraksiya rəhbəri Çak Şumer yazı müəllifinə bildirib.
Emiliya Kadeyin fikrincə, bu qətnamə Ağ Evin əl-qolunu bağlamağa xidmət edir, Konqresə isə prezidentin Rusiyaya qarşı sanksiyaları ləğv etmək yolunda daş qoymağa imkan verir.
Yeni qətnamə 2014-cü ildə qəbul edilən tədbirləri daha da sərtləşdirir:
“Məsəslən, Rusiyanın Ukraynada sabitliyi qarışdırmaqda təqsirli bilinən şəxslərin “qara siyahıya” salınması prezident üçün artıq hüquq deyil, vəzifəyə çevrilir. Bundan bqşa Ağ Ev rəhbərinin Rusiyaya yönəlik sanksiyaları ləğv etmək şərtləri də dəyişdirilib. Buna görə, sanksiyaların yumşaldılması üçün “Rusiyanın Ukraynadakı münaqişənin nizamlanması yolunda səylər göstərdiyi” sübut edilməlidir.
Yeni akta görə prezidentin üzərinə Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumlarına, habelə insan haqlarının kütləvi şəkildə pozmasına görə əlavə sanksiyalar tətbiq etmək öhdəliyi qoyulur.
“Konqres Tramp və Rusiyanı yola gətirə biləcəkmi? Bu respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr palatasından asılı olacaq”, - müəllif yekunda bildirir.
“Senatda 2 səsə qarşı 97 səslə qəbul edilən yeni qətnamə prezident Trampın Rusiya üzrə mövqelərinə və onun Rusiyanın ABŞ-dakı seçkilərə qarışması barədə kəşfiyyata göstərdiyi müqavimətinə ağır zərbə endirdi”, The Washington Post yazır.
“Biz Rusiyanın seçkilərimizə müdaxiləsini cəzasız qoya bilmərik. Elə etmək lazımdır ki, onlar bir daha bunu ağıllarına belə gətirə blməsinlər”, - məqalədə senator Çarlz Şumerin fikrirlərinə yer verilib.
Qəzet dövlət katibi Reks Tillersonun Senatın tutduğu mövqedən narazılq ifadə edən sözlərini xatırladaraq, Ağ Evin yeni tədbirlər paketinə müqavimət göstərmək niyyətlərinin qaldığını qeyd edir: “Lakin Senatdakı həmrəylik Nümayəndələr Palatasına da əks etdirilsə, prezidentin yeni aktı veto etməyə cürəti çatmayacaq”.
“Adətən yuxarı palatada bütün məsələlərdə fikirlər həmişə haçalanır. Lakin yeni qətnamə ilə bağlı partiyaların göstərdiyi həmrəylik Rusiyanın seçkiqabağı yarışın gedişində həyata keçirdiyi kiber hücumlarının doğurduğu qəzəbin gücünü nümayiş etdirir”, - Britaniyanın Financial Times qəzeti yazır.
Strateji və beynəlxalq araşdırmalar mərkəzində Rusiya üzrə mütəxəssis sayılan Hizer Konlinin qəzetə bildiridiyinə görə, Trampın Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ciddi tədbirlər görməməsi iki partiyanın da ona qarşı eyni mövqeni sərgiləməsinə yolaçıb.
Moskvanın isə ABŞ-la münasibətlərdə dönüşlə bağlı ümidləri getdikcə azalmaqdadır. Rusiya politoloqu Andrey Kortunovun sözlərinə görə, “hər kəsə aydındır ki, Trampın Rusiyaya yaxınlaşmaqla bağlı istənilən addımı Vaşinqton isteblişmetində öküzə göstərilən qırmızı parça effektini verəcək”, - məqalədə deyilir.
The Washington Post –un digər yazarı Daniel U. Drezner isə məsələ ilə fərqli mövqe izləyib. O, yeni qətnamədən ən azı sevinc hissi keçirmədiyini yazıb.
“Rusiya böyük dövlətdir. Onu embarqonun köməyi ilə çökdürmək mümkün deyil. Moskvaya qarşı çevik siyasət tələb olunur. Yeni sanksiyalar haqqında qətnamə isə bu çevikliyi azaldır.
Müəllif bununla belə olanlara görə D. Tramp administrasiayasını günahlandırır: “Tramp xarici siyasətdə o qədər axmaq hərəkət edir ki, Konqres onun yerinə xarici siyasi təşəbbüsü öz əlinə alır”.
Şərhlər