"Taliban lideri Molla Ömər öldü" iddiası təsdiqləndi

29.07.2015 15:08     Dünyadan reaksiya     3173

 
İddianı İngiltərənin media quruluşu BBC ortaya atıb. Xəbərdə, Əfqanıstan hökuməti və kəşfiyyat agentlərindən alınan məlumatlara uyğun olaraq Molla Ömərin iki ya da üç il əvvəl öldüyü ifadə edilib.
 
Taliban açıqlama verəcək
 
Reaksiya.az xəbər verir ki, mövzuya dair BBC-yə açıqlama verən Taliban sözçüsü bildirib ki, təşkilat qısa müddət ərzində mövzuya bağlı bir şərh edəcək. 
 
Əfqanıstan Prezident Administrasiyasının yerli vaxtla saat 15.00-də bir şərh verəcəyi ifadə edilib.
 
Molla Ömərin öldürüldüyünə dair daha əvvəldən də iddialar ortaya atılmış, ancaq bu xəbərlər əsassız çıxmışdı.
 
Sonuncu dəfə Ramazan bayramından əvvəl Molla Ömərə aid olduğu iddia edilən və hökumətlə davam etdirilən sülh danışıqlarına dəstək verən yazılı bir açıqlama nəşr olunmuşdu.
 
Keçmiş nazir: "O, vərəmdən ölüb"
 
Digər tərəfdən "İnternational New York Times" qəzetinə bağlı olaraq, Pakistanda nəşr olunan "The Express Tribune" qəzetində də eyni iddia yer alıb. Adı açıqlanmayan, ancaq Əfqanıstanın keçmiş xarici işlər naziri olduğu ifadə edilən bir mənbə bildirib ki, Molla Ömər iki il dörd ay əvvəl vərəm xəstəliyi nəticəsində ölüb və Əfqanıstan yaxınlığında torpağa basdırılıb.
 
Keçmiş nazir əlavə edib ki, Taliban liderinin oğlu atasının cəsədini diaqnoz edib.
 

Şərhlər