Dünyada fəaliyyət göstərən və dövlətlərə hökm edən özəl ordular
29.06.2017 12:38 Dünyadan reaksiya 1373
Terrorizm, transmilli cinayətlər, millətlər və dinlərarası münaqişələr “təhlükəsizlik məsələləri üzrə mütəxəssis” ixtisasını ən tələb olunan və gəlirli sahələrdən birinə çevirib
Muzdlu ordu və əsgərlərin xidmətindən qədim vaxtlarda da istifadə olunub. Böyük ərazilər ələ keçirmək istəyən və ya öz torpaqlarını yadellilərin hücumlarından qorumağa çalışan dövlətlər sadə xalqın döyüş aparmaq qabiliyyətindən şübhə duyduğu üçün bu işlə peşəkar səviyyədə məşğul olan əsgərlərin xidtmətindən yararlanıb.
Müasir dünyada hərbi əməliyyatlar aparmaq səlahiyyətləri dövlətlərin inhisarında, yəni rəsmi ordular səvviyəsində olsa da, pulla istənilən vəzifənin öhdəsindən gəlməyə hazır olan əsgərlər hər yerdə və hər zaman lazım olur.
Ekspertlərin fikrincə, ordu, polis və digər hüquq-mühafizə orqanarının təlimləri dünyanın müxtəlif bölgələrində yaranan təhlükəsizliklə bağlı problemləri həll etmək üçün kifayət etmir.
Terrorizm, transmilli cinayətlər, millətlər və dinlərarası münaqişələr, “Təhlükəsizlik məsələlri üzrə mütəxəsssi” ixtisasını ən tələb olunan və gəlirli sahələrdən birinə çevirib.
Onların əsas üstünlüyü ucuz başa gəlməsində, habelə rəsmi hesab edilməyən əməliyyatlarda istifadə olunmaq qabiliyyətindədir. Bu cür dəstələr dövlətlərin ən gizli və təhlükəli vəzifələrini həll edə bililər. Bu həmin dövlətlərin istədiyi məkanda de-fakto hərbi mövcudluğunu qoruyub saxlamağa və geopolitik maraqlarını həll etməyə imkan verir.
Bu sahə ilə məşğul olan hərbiləşdirilmiş korporasiyaların gələcəkdə müharibələrdə və beynəlxalq münaqişələrdə daha çox rol oynaması gözlənilir. Bir çox dövlətlərdə isə özəl hərbi şirkətlər (ÖHŞ) silahlı qüvvələrin bir çox növləri ilə bərabər hüquqlu subyekt kimi iştirak edirlər.
Afrika bu işdə birincidir
Muzdlu ordular hüquqi şəxs olaraq Afrika ölkələrinin müstəqillik uğrunda mübarizə apardıqları zaman peyda olub.
Cənubi Afrika Respublikasında aparteid (irqçi-red.) rejimin başa çatmasından sonra minlərlə ordu və polis mənsubu işsiz qaldı. Eyni vaxtda qonşu dövlətlərdəki tayfalar və klanlar arası müharibələr, inqilablar və hərbi çevrilişlər tüğyan edirdi. Belə olada peşəkar hərbçilərin xidməti əsl yerinə düşdü.
Çox keçmədən CAR-da ilk özəl hərbi şirkət yaradıldı. Bu şirkət dövlətlərə sifraiş əsasında onların silahlı qüvvələrinə təlim keçmək, habelə birbaşa hərbi əməliyyatlarda iştirak etməklə bağlı öz xidmətini təklif etdi.
İlk özəl hərbi şirkət 1989-cu ildə quruldu və Executive Outcomes, yəni “Effektiv icraat” adlandırıldı.
Şirkətin əsgərləri bir sıra xırda sifarişlərdən sonra 1992-ci ildə Syerra Leonedə ilk irimiqyaslı hərbi əməliyyata qatılırlar. Həmin vaxt ölkədə vətəndaş müharibəsi gedirdi və hökumət üsyançılardan aldığı ard-arda məğlubiyyətlər səbəbindən Executive Outcomes-un xidmətinə müraciət etməli oldu. Uğurla həyata keçirilən hərbi əməliyyata görə Syerra Leone dövləti şirkətə 30 milyon dollar məbləğində pul ödədi. Bundan başqa, şirkət ölkənin ərazisində almaz və digər nəcib əlvan metalları ticarətində eksklüziv hüquqlar qazandı.
İraq
İraqda ÖHŞ-lərin yaranması Səddam Hüseyn rejiminin devrilməsi dövrü ilə üst-üstə düşür. ABŞ İraqı işğal etdikdən sonra ölkədə vətəndaş müharibəsi alovlandı. Əsgərlər arasında itkilərin artması prezident Corc Buşu ÖHŞ-lərlə müqavilələr imzalamağa vadar etdi.
Özəl hərbçilər dərhal ən qaynar və təhlükəli bölgələrə göndərildi. Bununla da rəsmi olaraq itkilərin azaldığını və vəziyyətin sabitləşdiyini elan etmək mümkün oldu.
Bunlardan “Custer Battles” şirkəti Bağdad aeroportunu, “Blackwater Security Consulting”, “ErinysIraq Ltd”. şirkətləri neft sahələrini və boru kəmərlərini, Hart Group isə İraqın enerji sistemini qorumaqla, “Kroll” BMT-nin missiya və konvoylarını müşahidə etməklə, “Military Professional Resources, Inc”. İraqın Milli Qvardiyasına təlim keçməklə, “Titan Corporation” isə İraq həbsxanalarına nəzarət etməklə bağlı bahalı müqavilələr qazandılar.
Çin və postsovet ölkələri
Çin ÖHŞ-lərinin də əsas xidmət göstərdiyi məkan Afrika sayılır. Çin özəl hərbçiləri öz ölkələrinin sahibkarlarına məxsus faydalı qazıntı yataqlarını qoruyurlar. Onların sayının 40 mindən çox olduğu bilinir. Formal olaraq Çin ordusuna daxil olmasalar da, ekspertlər Çini əslində öz maraqlarını məhz bu cür qeyri-rəsmi hərbi qruplaşmalarla qoruduğunu bildirirlər.
Keçmiş sovet ölkələrində isə ÖHŞ-lər ən çox qonşu Rusiya, Gürcüstan və Ukraynada fəaliyyət göstərirlər.
Gürcüstanda 2008-ci iln avqust hadisələrinə qədər ABŞ-ın Cubic Corporation (ordunun rabitə sisteminin yaradılması) və Kellog, Brown and Root (maddi-texniki dəstək) şirkətləri fəaliyyət göstəriblər.
Britaniyanın Halo (Hazardous Areas Life Support) Trust şirkəti Gürcüstan və Abxaziyada minadan təmizlənmə ilə bağlı müqaviləyə nail olub.
Mətbuatın verdiyi məlumata görə, Gürcüstan ordusunun Cənubi Osetiyaya hücumunda İsrailin Defensive Shield şirkəti də iştirak edib. Şirkətin rəhbəri İsrail ordusunun 9-cu diviziyasının keçmiş komandiri general Qal Hirşin həmin əməliyyatlarda fəal iştirak etdiyi bildirilir.
Bundan başqa, Türkmənistan dövlətinin Əfqanıstanla sərhədi qorumağı ÖHŞ-yə həvalə etdiyi deyilir. Bununla bağlı bir alman şirkəti ilə müqavilədə imzalanıb.
Rusiyada isə “RSB-Qrupp”, “Tiqr Top Rent Sekyuriti”, “Feraks”, “Antiterror-oryol” , “Alfa-Vityaz” kimişirtkərlətin adların çəkmək olar. Onalrın İraq, Əfqanıstan və Suriyada xüsusi fəallıq göstərdiyi söylənilir.
Şərhlər