Pxenyan Cənubi Koreyanın eks-liderinə ölüm hökmü çıxardı
29.06.2017 13:29 Dünyadan reaksiya 1357
Şimali Koreya hökuməti Cənubi Koreyanın eks-prezidenti Pak Kın Xe haqqında ölüm hökmü çıxarıb.
Prezidentlə yanaşı Pxenyan eks-kəşfiyyat rəisini də ölüm hökmünə məhkum edib.
Pxenyan Seuldan ittiham olunanların Şimali Koreyaya verilməsini tələb edib:
“Pak Kın Xe Kim Çen İnə qarşı 2015-ci ildə təşkil edilən sui-qəsdin əsas təşkilatçısıdır. Buna görə də satqın Pak Kın Xe edam edilməlidir”, – Şimali Koreyanın bəyanatında deyilir.
Şərhlər