Suriyada baş verən partlayış nəticəsində İŞİD-in bütün "ali komandanlığı" məhv olub

29.06.2017 14:15     Dünyadan reaksiya     1386

 Suriyanın Dəraa əyalətinin cənub-qərbindəki Callin (Callayn) kəndində baş verən partlayış nəticəsində İŞİD terror təşkilatının praktiki olaraq bütün "ali komandanlığı" məhv olub.

Partlayış “müəmmalı” adlandırılır, belə ki, onun mənbəyi məlum deyil. Bəziləri bunun minalanmış avtomobilin partlaması olduğunu yazır, digərləri ABŞ təyyarəsi və ya pilotsuz uçuş paratından dəqiq zərbə endirildiyini bildirir.

Partlayış zamanı hücumun planlaşdırılması ilə əlaqədar Callin qəsəbəsində iclasa toplaşmış İŞİD-in altı "ali komandir"i məhv edilib. Onlar arasında terror təşkilatının Dəraa əyalətində tanınan liderləri Əbu Həmzə əl-Koma, Əbu Madin, Əbu Kassura, Əbu Obeyda əş-Şami, Əhməd əl-Qazi və “Ceyş Xalid bin-Valid” qruplaşmasının (İŞİD-in Dəraa əyalətindəki "filial"ı) əmiri Əbu Haşem yer alır.

Reaksiya.az

Şərhlər