Almaniya Ərdoğana icazə vermədi
29.06.2017 14:26 Dünyadan reaksiya 1368
Almaniya xarici işlər naziri Siqmar Qabriel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində bu ölkədə yaşayan türklər qarşısında çıxış edəcəyi ilə bağlı məlumatlara reaksiya verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Almaniya xarici siyasət idarəsinin başçısı bunun mümkün olmayacağını deyib.
Qeyd edək ki, Türkiyə prezidenti iyulun 7-8-də keçiriləcək G-20 sammitinə görə Hamburqa səfər edəcək. O, bu ölkədəki türklər qarşısında çıxış etmək məqsədilə Almaniya hökumətinə rəsmi müraciət edib.
Şərhlər