PKK suriyalıların yerinə kürdləri yerləşdirməyi planlayır

01.07.2017 17:09     Dünyadan reaksiya     1335

PKK terror təşkilatının Suriya qolu olan YPG və PYD ərəb sivillərin Rakka və onun kəndlərinə geri dönmələrini əngəlləyirlər.

Reaksiya.az Publika.az-a istinadən xəbər verir ki, qruplaşma bu ərazidən ərəbləri təmizləyərək bölgəyə kürdləri yerləşdirməyi planlayır.

Terrorçuların nəzarəti altında olan bölgələrdəki suriyalı aktivistlər evlərinə qayıtmaq istəyən qadın və uşaqların görüntülərini sosial şəbəkələrdə paylaşıblar.

Bu barədə açıqlama verən sakinlər “evimizə geri qayıtmaq istəyirik. Ancaq onlar bizi müxtəlif yollarla əngəlləyirlər. Ac və susuz günün altında qalmışıq. Evlərimizə qayıtmağa icazə vermirlər” deyiblər.

Reaksiya.az

Şərhlər