"Qətərli qardaşlarımızdan müsbət cavab gözləyirik"

04.07.2017 13:20     Dünyadan reaksiya     1209

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Qətərlə bağlı önəmli açıqlamalar verib.

"Ölkə.Az" xəbər verir ki, Əl-Cubeyr Ciddə şəhərinə səfər edən Almaniya xarici işlər naziri Ziqmar Qabriel ilə verdiyi mətbuat konfransında önəmli məqamlara toxunub.

Qətərə göndərilən tələblərə müsbət cavab almağa ümid etdiyini bildirən nazir deyib: "Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir böhranı həll etmək üçün qətərli qardaşlarımızdan müsbət cavab gözləyir".

Səudiyyəli diplomat eyni zamanda qeyd edib ki, Qətərin cavabına görə dörd ölkə  mövqeyini təyin edəcək: "Qətərə aid tədbirlər Qətərin özünə və dünyaya ziyan vuran siyasi görüşlərini dəyişdirmək üçün alınıb. Bir cavab gözləyirik və gələcəkdəki mövqeyimizi təyin etmək üçün bu cavab üzərində işləyəcəyik".

Reaksiya.az

Şərhlər