ABŞ kəşfiyyatı Putinin gizli PLANLARINI ÜZƏ ÇIXARD

04.07.2017 13:29     Dünyadan reaksiya     1417

Rusiya Cənubda öz güclərini cəmləşdirəcək, çünki Ukraynadan sonra hədəf Qafqazdır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi Rusiyanın yeni hərbi hədəfləri haqda yazıb.

Rusiya son 20 il ərzində ilk dəfə hərbi büdcəsini 5 faiz azaltdığına diqqət çəkən mərkəz qeyd edir ki, “görünür, Rusiya diqqətini əsas hədəflərə yönəldəcək”.

“Münaqişənin mərkəzi Qafqaza – Gürcüstana, Azərbaycana və Ermənistana daşına bilər. Məhz Qafqaz Qərb və Rusiyanın beynəlxalq səviyyədə hərbi-siyasi qarşıdurmasının yeni nöqtəsi ola bilər”, - deyə məqalədə bildirilir.

Mərkəzin analitikləri iki məqama diqqət yetirilirlər: birincisi, Gürcüstanda NATO-nun tədris mərkəzinin açılışı; ikincisi, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması;

Amerikalı analitiklər qeyd edirlər ki, Rusiya Qarabağ münaqişəsində təmkinli diplomatiya izləyir. Moskva münaqişə tərəflərini dialoqa çağırır, həmçinin, hər iki ölkəyə silah çatdırır.

Reaksiya.az

Şərhlər