Rusiya Qərbə qarşı ərzaq embarqosunu uzatdı
05.07.2017 12:03 Dünyadan reaksiya 1179
Rusiyanın Baş naziri Dmitri Medvedev Rusiyaya sanksiyalar tətbiq edən ölkələrdən kənd təsərrüfatı məhsulları, xammal və ərzağın ayrı növlərinin idxalına qoyulan qadağanın müddətinin uzadılması haqqında sənədi imzalayıb.
“RİA-Novosti” agentliyi xəbər verir ki, qətnamə nazirlər kabinetinin saytında yerləşdirilib.
Məhdudiyyətlər ABŞ, Avropa İttifaqı, Kanada, Avstraliya, Norveç, Ukrayna, Albaniya, Çernaqoriya, İslandiya və Lixtenşteynə aiddir.
Daha əvvəl Medvedev vurğulayıb ki, bu, məcburi addımdır. Beləliklə, Rusiya yalnız öz milli maraqlarını müdafiə etmir, həm də iqtisadiyyat sektorunu dəstəkləyir. Onun sözlərinə görə, aqrar sahədə çalışan sahibkarlar bir neçə dəfə Avropa İttifaqına qarşı cavab məhdudiyyətlərin müddətini uzatmağı xahiş ediblər.
Şərhlər