Putin müasir dövrdəki ən böyük təhlükəni açıqlayıb

29.07.2015 16:07     Dünyadan reaksiya     2338

Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin radikal terror təşkilatlarının beynəlxalq cinayət təşkilatları ilə birləşməsinin indiki vaxtda ən böyük təhlükə olduğunu söyləyib.
Yaroslavl şəhərində təşkil edilən XIV. Beynəlxalq Kəşfiyyat Təşkilatlarının Təhlükəsizlik Avadanlıqları və hüquq-mühafizə orqanlarının ümumi iclasına mesaj göndərən V. Putin terrorist qruplaşmaların artmaqda olmasından böyük narahatlıq duyduğunu ifadə edərək, bu gün üçün ən pis vəziyyətdə olan bölgələrin Yaxın Şərq və Şimali Afrika olduğunu vurğulayıb.
Terroristlərin bu iki bölgədən baza kimi istifadə etdiyinə diqqət çəkən Rusiya prezidenti bildirib ki, burda yeni dəstəkçilər taparaq, onlara təlim keçirlər: "Təlim keçdikləri şəxslər, digər dövlətlərdə sabitliyin pozulması üçün əsl təhlükədirlər".
Rusiyanın dövlət başçısı Vladimir Putin mövcud təhdidlərə ancaq sistemli əməkdaşlıq sayəsində uyğun cavab verilə biləcəyini ifadə edərək Yaroslavl şəhərində keçirilən yığıncağın fərqli ölkələrdəki kəşfiyyat təşkilatları, təhlükəsizlik qurumları və hüquq-mühafizə orqanları arasındakı ünsiyyətin artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Şərhlər