ABŞ-a nüvə zərbəsinin tarixi açıqlandı
05.07.2017 12:41 Dünyadan reaksiya 1179
Şimali Koreya 2017-ci ildə ABŞ-a raket zərbəsi vurmağı planlaşdırır.
Bu haqda “Röyters” agentliyi məlumat yayıb.
Koreya Xalq Demokratik Respublikası iyunun 4-də qitələrarası ballistik raketin (MBR) sınağını həyata keçirib. “Xvason-14” raketi nüvə döyüş başlığını daşımağa qadirdir. KXDR-in lideri Kim Çen In bildirib ki, yaxın vaxtlarda hazırlanmış MBR-in müvəffəqiyyətli sınağı atom və hidrogen bombalarının yer aldığı strateji silahların imkanlarını artırıb.
O, həmçinin Şimali Koreyanın niyyətini təsdiq edib, bu il ABŞ-ın materik hissəsini vura bilər.
Eyni zamanda, ABŞ-ın dövlət katibi Reks Tillersonun bəyanatında deyilir ki, bütün ölkələr nüvə silahının tətbiqinin hansı nəticələrə gətirib çıxaracağını Pxenyana açıq nümayiş etdirməlidir. Məlumata görə, BMT Təhlükəsizlik Şurası ABŞ, Cənubi Koreya və Yaponiyanın sorğusu üzrə Pxenyanın raket sınağının müzakirəsi üçün açıq iclas keçirəcək. İclasın bu gün yerli vaxtla (Nyu-York) 15:00-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, dünən yerli vaxtla 3:39-da Şimali Koreya Yapon dənizi istiqamətində raket buraxıb. Daha sonra ölkənin dövlət televiziyası rəsmən “Xvason-14” qitələrarası ballistik raketin birinci müvəffəqiyyətli sınağını elan edib. Bəyanata əsasən, sınaq ölkə lideri Kim Çen Inın əmri ilə keçirilib. Pxenyanın rəsmi məlumatına görə, raket 2802 kilometr uçuş hündürlüyə nail olub və 933 kilometr uçub.
Cənubi Koreyadan olan ekspertlər isə sınaqdan keçirilmiş raketin potensialını qiymətləndiriblər. “Renxap” agentliyi yazıb ki, hərbi ekspertlərə görə, qitələrarası ballistik raket 8 min kilometr məsafəni qət edə bilər.
“Ekspertlər hesab edirlər ki, raketin uçuş hündürlüyü və qət etdiyi məsafə haqqında Koreya Xalq Demokratik Respublikasının açıqladığı məlumatlar həqiqətə uyğundurlarsa, onda raket 8 min kilometrdən çox məsafəni qət edə bilər”, - agentlik qeyd edib.
“Renxap” həmçinin Cənubi Koreya Silahlı Qüvvələrinin baş qərargahının keçmiş rəsi müavini Sin Von Sikanın sözlərini sitat gətirib. Onun sözlərinə görə, qitələrarası ballistik raketin hərəkət radiusu uçuş hündürlüyündən 4 dəfə çox qiymətləndirilir. Keçmiş hərbi məmur “Xvason-14” raketinin 10 min kilometr hərəkət radiusunun olduğunu hesab edir.
Əgər raket Şimali Koreyanın Vonsan limanından buraxılsa, o yalnız Havay adalarını deyil, həm də Alyaskanı vura biləcək. Beləliklə, hərbi ekspertləri hesab edirlər ki, Pxenyan ABŞ-ın kontinental hissəsinə zərbələr vurmaq imkanını əldə edib.
Şərhlər