Temur: Türkiyənin ŞƏT ilə yaxınlaşması Türkiyəyə xüsusi dividentlər qazandıracaq

04.06.2015 11:53     Dünyadan reaksiya     855

Avrasya məsələləri üzrə ekspert Ferit Temur, genişləndirilməsi prosesində yüksələn xətt üzrə inkişaf edən ŞƏT ilə Türkiyə arasındakı əlaqələrin 'dialoq ortaqlığından', 'müşahidəçi dövlət' statusuna yüksələ biləcəyini düşünür.

Bu gün, önümüzdəki ay Ufada reallaşacaq Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Prezidentlərinin  Zirvəsi əvvəli kilid əhəmiyyətli malik olan ŞƏT xarici işlər nazirləri konfransında müzakirə olunub.

Yığıncaqda ŞƏT - nin genişləndirilməsi prosesi mövzusunda razılığa gəlinib. Bu razılığa görə, Hindistan və Pakistan yaxın gələcəkdə təşkilata tam üzv ola bilər.

Bəs, görəsən təşkilatın "dialoq ortağı" statusunda olan Türkiyədə bu inkişaf necə qarşılanıb? Türkiyə, ŞƏT – də "dialoq ortaqlığından", "müşahidəçi dövlət" statusuna yüksələ bilərmi?

 

Reaksiya.az – a açıqlama verən Avrasiya-ŞƏT mütəxəssisi və "Yüksələn Asiyada Şanxay Əməkdaşlıq Təşkilatı: dünəni, bu günü və sabahı" kitabının müəllifi Ferit Temur, mövzuyla əlaqədar bunları deyib:

 

'TÜRKİYƏ, müşahidəçi dövlət ola bilər "

 

Şanxay Əməkdaşlıq Təşkilatına yönəldilən tənqidlərin başında, təşkilatın mövcud halıyla potensialının məhdud qaldığı, əhatə dairəsinə daxil olan yeni üzvlərlə əhatə genişləməsinin daha doğru bir seçim olacağı məsələsi gəlir. ŞƏT - ə “tam üzv” ola biləcək ən REAL namizədlər Hindistan, Pakistan və Monqolustandır. İran da 2005-ci ildən etibarən Təşkilata “tam üzv” olmaq üçün bir neçə dəfə rəsmi müraciət edib, amma “BMT sanksiyaları tətbiq olunan bir ölkə, ŞƏT - ə üzv ola bilməz” prinsipinə görə müsbət cavab tapa bilməyib.

Biz də ŞƏT – i incələyəndə, "genişləmə məsələsini" araşdıranda Hindistan, Pakistan və Monqolustanın “tam üzvlüyə” yüksəlmələrini qüvvətli bir ehtimal kimi dəyərləndirmişik. Belə bir genişləmə ssenarisinin, son dövrdəki mənfi şərtlər kontekstində xüsusilə Rusiyaya geosiyasi baxımdan manevr sahəsi və fəaliyyət təmin edəcəyi ehtimalı verə bilər. Ümumiyyətlə, tərkibinə Hindistan və Pakistan kimi regional ağırlığı olan ölkələri “tam üzv” kimi əlavə edən ŞƏT – nin, beynəlxalq sistemdə ağırlığının və fəaliyyətinin əksər istiqamətlərdə artacağını düşünürəm. Bu cür prosesin, Türkiyə baxımından ŞƏT - ni daha yaxından təqib etməsi və bu təşkilatı artıq Avrasiya siyasətinin əsas düsturlarından biri halına gətirməsi mənasına gələcəyini hesab edirəm. ”Tam üzvlük” üçün bəlkə də hələ tezdir, Türkiyənin ŞƏT –dəki mövcud mövqeyinin “dialoq ortaqlığından', “müşahidəçi dövlət” statusuna yüksəldilməsi qarşılıqlı olaraq çox əla gündəm yarada bilər.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar