Türkiyədə müxalifətin mitinqi zamanı terakt planlaşdıran İŞİD-çilər tutulub

06.07.2017 13:00     Dünyadan reaksiya     1046

Türkiyənin Kayseri vilayətində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) mitinqi zamanı hücum təşkil etməyi planlaşdıran İŞİD terror qruplaşmasının üzvləri tutulub.

Trend-in məlumatına görə, terrorçular mitinq iştirakçılarının üstünə yük avtomobili sürməyi nəzərdə tuturdular.

Saxlanılan şəxslərin hamısı Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, CHP deputat Enis Bərbəroğlunun həbsinə etiraz olaraq iyunun 15-dən yürüş keçirir.

Reaksiya.az

Şərhlər