Türkiyə hərbçiləri terrorçu PKK-nın 93 silahlısını zərərsizləşdirib

07.07.2017 11:39     Dünyadan reaksiya     1159

Türkiyə Silahlı Qüvvələrinin iyunun 29-dan iyulun 6-dək, bir həftə ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 93 silahlısı məhv edilib.

Bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.

Zərərsizləşdirilən terrorçulardan 3-ü PKK-nın aparıcı dəstə başçılarından olub.

Məlumata görə, əməliyyat nəticəsində 4 hərbçi şəhid olub, 10-u yaralanıb. 

Antiterror əməliyyatı nəticəsində terrorçuların sığınacaq yerləri dağıdılıb, onlara məxsus silah-sursat aşkarlanaraq, götürülüb.

Şərhlər

Çox oxunanlar