Benqal körfəzində "Malabar-2017" hərbi təlimləri başladı
10.07.2017 13:53 Dünyadan reaksiya 1315
Hindistan, ABŞ və Yaponiya birgə hərbi-dəniz təlimlərinə başlayıb.
Trend-in məlumatına görə, təlimlər Benqal körfəzində keçirilir.
“Malabar-2017” adını daşıyan təlimlər iyulun 17-ə kimi davam edəcək.
Bu təlimlərdə aviadaşıyıcı gəmilərin qarşılıqlı fəaliyyəti, hava hədəflərinə qarşı mübarizə və digər fəaliyyətlər həyata keçiriləcək.
Qeyd edək ki, Hindistan, ABŞ və Yaponiyanın iştirakı ilə “Malabar” təlimləri 2002-ci ildən keçirilir. Müxtəlif illərdə bu təlimlərdə Sinqapur və Avstraliyanın hərbi-dəniz qüvvələri də iştirak ediblər.
Şərhlər