İraqın baş naziri Mosula gəlib

10.07.2017 17:17     Dünyadan reaksiya     1239

İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.

Reaksiya.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu bu gün Mosula səfər edən İraqın baş naziri Haydar əl-İbadi bəyan edib.

Baş nazir qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib.

Bununla da Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatı 265 gün sonra başa çatıb. 

Reaksiya.az

Şərhlər