Suriyalı general: “Rusiya və İran işğalçıdır”
11.07.2017 13:52 Dünyadan reaksiya 1254
Rusiya Suriyanı işğal edən ölkədir və o heç bir məsələdə zəmanətçi ola bilməz
Bunu “Nyussader.com” (“Newsader.com”) saytına müsahibəsində Azad Suriya Ordusunda Bəşər Əsəd rejiminə qarşı savaşan suriyalı general Əhməd Raxal söyləyib.
“Bizim fikrimizcə, Suriya məsələsində mübadilə var. Belə ki, İrana Livanla sərhəddə yerləşən Kalamun bölgəsini nəzarət altına almasına izn verilib. Bunun qarşılığında Suriyanın cənub-qərbində atəşkəs istənilib. Biz bununla razılaşmırıq. İran gərək Suriyadan getsin. Əgər İran, Əsəd qüvvələri və Hizbullah atəşkəsə əməl etməsə, bu, Kremlin nüfuzuna böyük zərbə olacaq. Rusiya indi buna görə İran və Əsəd qüvvələrinə atəşkəsin yox olmaması üçün təzyiqlər edir”, – deyə o bildirib.
Şərhlər