Ermənistan və Rusiya XİN başçıları Avstriyada Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər
11.07.2017 16:00 Dünyadan reaksiya 1254
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Edvard Nalbandyan Avstriyanın Mauerbax kommunasında görüş keçiriblər.
Görüş Avstriyanın Mauerbax kommunasında ATƏT-in qeyri-rəsmi nazirlər görüşü çərçivəsində baş tutub.
Ehtimal ki, görüş zamanı Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub.
Danışıqların bağlı qapılar arxasında keçirildiyi bildirilir.
Qeyd edək ki, bu gün Brüsseldə ATƏT-in Minsk qrupunun həməsdrlərinin təşəbbüsü və iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçıları Edvard Nalbandyan ilə Elmar Məmmədyarovunun da görüşü planlaşdırılıb.
Şərhlər